Tovuzda qardaş qardaşı bıçaqlayıb

Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Tovuz şəhər ərazisində qeydə alınıb.

Belə ki, Tovuz rayon sakini, 1962-ci il təvəllüdlü Əbülfət İslam oğlu Salmanov mübahisə zəminində qardaşı, Rövşən Salmanov tərəfindən bıçaqlanıb.

Əl, baş və sinə nahiyəsindən bıçaq xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Hadisəni törədən şəxs isə polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Paylaş
error0
Tweet 20
fb-share-icon20

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir