UTF-8" /> İran Ukrayna təyyarəsini səhvən vurduqlarını açıqlayıb - Kanal15.Az

İran Ukrayna təyyarəsini səhvən vurduqlarını açıqlayıb

İran İraq ərazisində ABŞ hərbçilərinin yerləşdiyi bazaya ballistik raket atdığından bir neçə saat sonra Ukrayna sərnişin təyyarəsini bilmədən vurulduğunu açıqlayıb.

Kanal15.az AP-yə istinadən xəbər verir ki, ölkənin hərbi rəhbərliyi tərəfindən dövlət televiziyası ilə yayımlanan açıqlamaya görə, sərnişin təyyarəsi İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus “həssas hərbi mərkəz”ə doğru döndükdən sonra səhvən düşmən hədəfi olaraq qəbul olunub.

Həmçinin ABŞ-la aralarındakı gərginlik üzündən yüksək hərbi hazırlıq vəziyyətdə olduqları da qeyd olunub.

Xatırladaq ki, çərşənbə günü Tehranın İmam Xomeyni Beynəlxalq Hava Limanından qalxaraq Kiyev şəhərinə istiqamət götürən “Ukrayna Benyəlxalq Hava Yolları”na məxsus “Boeing 737-800” tipli sərnişin təyyarəsi bir az sonra vurulmuş, nəticədə təyyarədə olan 9 nəfər heyət üzvü və əksəriyyəti İran və Kanada vətəndaşlarından ibarət 167 sərnişin həlak olmuşdu.

Likes:
0 0
Views:
3
Article Categories:
Dünya

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir