UTF-8" /> İranda gecə qonaqlığına qatılanların həbsi davam edir 2333 nəfər həbs olunub - Kanal15.Az

İranda gecə qonaqlığına qatılanların həbsi davam edir 2333 nəfər həbs olunub

Kanal15.az -ın məlumatına görə, İranın Çarmahal və Bəxtiyari əyalətinin Şəhri Kürd şəhərində gecə qonaqlığına qatılan daha 23 qız və oğlan həbs edilib. Bu barədə, Şəhri Kürd prokururu Əbdülrza Əliməhəmmədi yanvarın 3-də  jurnalistlərə açıqlama verib.

 Prokuror bildirib ki, şəhərdəki evlərin birində qız və oğlanların əylənmək məqsədilə bir yerə toplanması barədə xəbər daxil olan kimi polis əməkdaşları həmin evə yollanıblar: “Əməkdaşlarımız qonaqlığa gələn 23 qız və oğlanı tutub polis bölməsinə aparıblar. Onlardan 2-si dindirildikdən sonra mülki vəsiqə girovu qarşılığında müvəqqəti olaraq sərbəst buraxılsa da, 21-i hələ də həbsdə saxlanılır” –deyə, Şəhri Kürd prokururu Əbdülrza Əliməhəmmədi əlavə edib.

O, saxlanılan gənclərin konkret nədə günahlandırıldığını və onların tutularkən içkili vəziyyətdə olub-olmadığını açıqlamayıb.

 Xatırladaq ki, 2016-cı ilin iyun ayından bu günə qədər, İranın müxtəlif şəhər və bölgələrində polis qüvvələrinin qız və oğlanların birgə qatıldığı gecə qonaqlıqlarına, banketlərə və ad günü mərasimlərinə hücumunda 2333-dan çox qız və oğlan həbs edilib.

Likes:
0 0
Views:
3
Article Categories:
Dünya

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir