UTF-8" /> Anatomiya müəllimi "soyunub", dərsi öz üzərində başa saldı - FOTO - Kanal15.Az

Anatomiya müəllimi “soyunub”, dərsi öz üzərində başa saldı – FOTO

Sosial şəbəkələrdə yayılan foto maraq doğurub.

Fotoda anatomiya müəlliminin mövzunu başa salmaq üçün dərsə qəribə kostyumda gəlməsi əks olunub.

Kadrlar İspaniyadakı məktəblərin birində çəkilib. 43 yaşlı Verónica Duque adlı qadın sənəti üçün “soyunub”. Belə ki, o, Alixpress vasitəsi ilə sifariş verdiyi müəyyən hissələri şəffaf kostyumla şagirdlərin qarşısına çıxıb.

O, üstündə insanın daxili orqanlarının əks olunduğu kostyumu geyinərək dərsi öz üstündə başa salıb.

Bored Panda-ya açıqlama verən Veronika bildirib ki, internetdə gəzişərkən belə bir kostyum görüb və bunun anatomiya dərsi üçün uyğun olduğunu düşünüb.

Müəllimin fotolarını əri sosial şəbəkərlərdə paylaşaraq onunla qürur duyduğunu qeyd edib.

(milli.az)

Likes:
0 0
Views:
5
Article Categories:
Marağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir