UTF-8" /> Milli Məclisə namizədlər şair Salam Sarvana çağırış etdi (MƏTN) - Kanal15.Az

Milli Məclisə namizədlər şair Salam Sarvana çağırış etdi (MƏTN)

Cəlilabadda deputatlığa namizədliyini irəli sürmüş bir qrup yaradıcı və fəal gənc şair Salam Sarvana çağırış edib.
Bu haqda  çağırış edənlərdən biri, Milli Məclisə namizədliyini irəli sürmüş şair Mirbağır Bünyatov məlumat verib.
Çağırışda deyilir:
“Biz bu seçkilərdən çox ümidliyik. İnanırıq ki, layiq olan insanlar Milli Məclisə seçkidə qələbə qazanacaq. Ən azından son hadisələr bizə bunu deməyə əsas verir. Bu səbəbdən biz də bu həssas dönəmdə Milli Məclisə namizədliyimizi irəli sürdük. İnandıq ki, əgər doğurdan da seçkilər söyləndiyi kimi keçirilsə, niyə də uğur qazanmayaq. 
Ancaq bir qrup fəal gənc bu qərara gəldik ki, cəmiyyətin problemlərini Salam Sarvan qədər çox az adam duyar. Bu səbəbdən Cəlilabaddan, şairin doğulduğu rayondan ona çağırış edirik. Gəlin, namizədliyinizi verin, sizin xeyrinizə namizədliyimizi geri götürək. Bizə görə artıq vaxtdır. Sayqı və hörmətlərimizlə”.
Çağırışı 68 saylı Cəlilabad Kənd Seçki dairəsindən namizədliyini irəli sürmüş Ağayev Namiq Orucəli oğlu, Əliyev Məhəmməd Əli oğlu, Bünyatov Mirbağır Fəyaz oğlu imzalayıb.

Likes:
0 0
Views:
2
Article Categories:
Cəmiyyət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir