UTF-8" /> "Barselona"nın hücumçusu ÇL tarixində ən gənc qol müəllifi olub - FOTO - Kanal15.Az

“Barselona”nın hücumçusu ÇL tarixində ən gənc qol müəllifi olub – FOTO

İspaniyanın “Barselona” futbol klubunun hücumçusu Ansu Fati Çempionlar Liqasının tarixinə ən gənc (17 yaş 40 gün) qol müəllifi kimi düşüb.

Bu barədə “Opta Sports” statistik xidmətinin “Twitter” sosial şəbəkəsindəki rəsmi səhifəsi bildirib.

Fati İtaliyanın “İnter” komandası ilə qarşılaşmada fərqlənib. On yeddi yaşlı futbolçu matçın 86-cı dəqiqəsində komandasının növbəti qolunu vurub. Hücumçunun Samir Xandanoviçin qapısına zərbəsi görüşün taleyini həll edib.

Bununla “Barselona” 2:1 hesabı ilə qələbə qazanıb. “İnter” isə mübarizəni Avropa Liqasının 1/16 final mərhələsində davam etdirəcək.

Çempionlar Liqası tarixində əvvəlki rekord Piter Ofori-Kuayeyə məxsusdur. O, bundan əvvəl ÇL tarixinə ən gənc (17 yaş 195 gün) qol müəllifi kimi düşmüşdü. 

Likes:
0 0
Views:
3
Article Categories:
İdman

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir