UTF-8" /> "Azərpoçt" elektron pul kisəsini istifadəyə verib - Kanal15.Az

“Azərpoçt” elektron pul kisəsini istifadəyə verib

Azərbaycanın poçt rabitə operatoru “Azərpoçt” MMC “PostPay” elektron pul kisəsini istifadəyə verib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, “Android” sistemi ilə çalışan qurğuların dəstəklədiyi mobil tətbiq vasitəsilə başqa elektron pul kisələrindəki hesablara, bank kartlarına, beynəlxalq pulköçürmələri sistemləri vasitəsilə istənilən şəxsə pul köçürmək, mobil rabitə ödənişləri, kommunal xidmət haqları, gömrük rüsumlarını təhlükəsiz və rahat şəkildə həyata keçirmək mümkündür.

“PostPay”də istifadəçilərin rahatlığı, həmçinin müasir ödəmə funksiyalarından istifadənin təmin edilməsi məqsədilə QR kodla ödəmə imkanı mövcuddur. Belə ki, mağazalarda və ya xarici internet saytlarında alış-veriş edən “PostPay” istifadəçiləri tətbiqin “QR kod vasitəsilə ödəmə” funksiyasını seçərək ödəmələrini asanlıqla həyata keçirə bilərlər.

Likes:
0 0
Views:
3
Article Categories:
İqtisadiyyat

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir