Yeni "iPad" barmaq izlərini tanıyacaq

Yeni "iPad" barmaq izlərini tanıyacaq

"Apple" şirkəti 7-ci nəsil "iPad" planşetlərini təqdim edib.

Şirkət nümayəndəsinin dediyinə görə, "A10 Fusion" prosesorunun köməyi ilə yeni "iPad" əvvəlki modellərdən 2 dəfə cəld işləyəcək.

Yeni "iPad" həmçinin barmaq izini də tanıyacaq.

Yeni "iPad"ları sentyabrın 30-dan açıq satışda əldə etmək olar. Planşetlərin ilkin qiyməti 329 dollar (560 manat) olacaq.

"iPad" 10,2 düym ölçüsündə "Retiran" ekranı ilə təchiz edilib.

loading...