Yaponiyanın Filarmonik Orkestri "Yeddi gözəl" baletini ifa edəcək

Yaponiyanın Filarmonik Orkestri "Yeddi gözəl" baletini ifa edəcək

Yaponiyanın İHİ Filarmonik Orkestri dünya şöhrətli azərbaycanlı bəstəkar Qara Qarayevin “Yeddi gözəl” baletini ifa edəcək. 

Kanal15.az APA-ya istinadən xəbər verir ki, konsert iyulun 5-də Yaponiyanın paytaxtı Tokyonun “Toyosu Mülki Mərkəzi"nin konsert zalında baş tutacaq.

Konsert Azərbaycanın Yaponiyadakı səfirliyi tərəfindən təşkil ediləcək və Azərbaycan diplomatik xidmət orqanlarının qurulmasının 100 illiyinə həsr olunub.  

 

 

 

loading...