Yaponiyada animasiya studiyasının yandırılması nəticəsində yaralılardan biri ölüb

Yaponiyada animasiya studiyasının yandırılması nəticəsində yaralılardan biri ölüb

Yaponiyanın Kioto şəhərində animasiya studiyasında baş vermiş yanğın zamanı xəsarət alanlardan biri ölüb.

Kyodo” agentliyi xəbər verir ki, bir neçə yaralı hazırda kritik vəziyyətdədir. Ümumilikdə yanğın nəticəsində təxminən 40 nəfər xəsarət alıb.

Qeyd edək ki, yanğının qəsdən törədildiyi deyilir. Hadisə yerində polis 41 yaşlı bir kişini saxlayıb, onun da xəsarət aldığı bildirilir.

"APA"

 

 

 

loading...