Tbilisidə aksiya fərqli format aldı

Tbilisidə aksiya fərqli format aldı

Tbilisidə parlament binası qarşısında keçirilən aksiya bərpa edilib.

Kanal15.az APA-ya istinadən xəbər verir ki, bugünkü aksiyada çıxışlar əvəzinə müxtəlif müğənnilərin və musiqi qruplarının çıxışı nəzərdə tutulub. 

Təşkilatçılar bildiriblər ki, keçmiş birinci xanım Maka Çiçua və keçmiş Dövlət Təhlükəsizlik şurasının katibi David Rakviaşvili iyunun 20-21-də baş verən hadisələrə həsr olunmuş mahnı oxuyacaqlar. Konsertdə digər gürcü müğənnilərin çıxışı da gözlənilir. 

Sabah isə şair və yazıçıların aksiyaya qoşulması gözlənilir.

Şənbə günü nümayişçilərin "Gürcü Arzusu" partiyasının sədri Bidzina İvanişvilinin iqamətgahına doğru "Azadlıq yürüşü" təşkil edəcəkləri bildirilir.

 

 

 

 

loading...