Suriyada naməlum şəxslər xəstəxana binasını partladıb

Suriyada naməlum şəxslər xəstəxana binasını partladıb

Suriyanın şimal-şərqində yerləşən Hasek əyalətində xəstəxana binası uzaqdan idarə olunan partlayıcı qurğu vasitəsilə partladılıb. 

Hadisə nəticəsində bina çöküb.

Yerli mətbuatın yaydığı xəbərdə bildirilir ki, Hasek şəhərinin cənubundakı Əl-Şeyx Həmd kəndində “Əl-Salyam” özəl xəstəxanasının binası partlayış nəticəsində dağıdılıb.

Naməlum şəxslər tərəfindən həyata keçirilən partlayış zamanı yalnız dəymiş maddi ziyan barədə xəbər verilib, xəsarət alan, yaxud ölənlər haqda məlumat açıqlanmayıb. 

loading...