Şəkidə 57 yaşlı qadını ilan sancıb

Şəkidə 57 yaşlı qadını ilan sancıb

Şəkidə 57 yaşlı qadını ilan sancıb.
Kanal15.az ONA-nın şimal-qərb bürosunun məlumatına istinadla xəbər verir ki, rayonun Aşağı Göynük kənd sakini, 1962-ci il təvəllüdlü Dilbər İbrahim qızı İbrahimova yaşadığı evin həyətyanı sahəsində işləyən zaman onun sağ ayağının topuq nahiyəsindən ilan sancıb. D. İbrahimova yaxınlarının köməkliyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Tibb müəssisəsindən ONA-ya bildirilib ki, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən D. İbrahimovaya lazımı tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə qarşı zərdab vurulub.

loading...