Rövnəq Abdullayev təcili iclas çağırdı: Biabırçı məğlubiyyətə görə

Rövnəq Abdullayev təcili iclas çağırdı: Biabırçı məğlubiyyətə görə

Avro-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan – Slovakiya (1:5) matçından dərhal sonra AFFA İcraiyyə Komitəsinin iclası baş tutub.

AFFA prezidenti Rövnəq Abdullayev millinin məşqçilər heyəti ilə görüşüb. 

O, Slovakiyaya 1:5 hesablı məğlubiyyətin hesabatını istəyib.

Milli komandanın futbolçuları da iclasın başa çatmasını gözləyib. Onlar yalnız qarşılaşma başa çatdıqdan 1 saat sonra soyunub-geyinmə otağını tərk edə bilib. 

loading...