QHT Şurasının dəstəyi ilə milli maraqların müdafiəsi mövzusunda Biləsuvar rayonunda seminar keçirilib

QHT Şurasının dəstəyi ilə milli maraqların müdafiəsi mövzusunda  Biləsuvar rayonunda seminar keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Müasir Gənclərin İnkişafına Dəstək” ictimai birliyi tərəfindən 01 Sentyabr 2019-cu il tarixdən icrasına başlanmış “Milli maraqların müdafiəsində sosial şəbəkələrin rolunun artırılması” layihəsi çərçivəsində Biləsuvar Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə 03 Oktyabr 2019-cu il tarixində Biləsuvar Peşə Liseyində seminar təşkil edilib.

Tədbirdə Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, Karyera və İnkişaf Mərkəzinin könüllüləri, Peşə Liseyinin müəllim və tələbə heyyəti, rayonda fəaliyyət göstərən təhsil müəssisələrinin gənc müəllimləri və digər ictimai fəal olan ümumilikdə 62 nəfər gənc iştirak edib.

Tədbiri giriş sözü ilə açan Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Mülazim Rzayev layihənin hazırki dövr üçün aktuallığını dilə gətirib. O, dövlət gənclər siyasəti, Prezident cənab İlham Əliyevin gənclərin inkişafı istiqamətində davamlı olaraq sərəncam və fərmanları barədə iştirakçıları məlumatlandırıb. Milli maraqların qorunması istiqamətində gənclərə öz tövsiyyələrini verib.

"Müasir Gənclərin İnkişafına Dəstək” ictimai birliyinin sədri Mehman Əliyev QHT Şurası və təşkilatın fəaliyyəti haqqında məlumatları qeyd etdikdən sonra layihənin məqsədləri barədə iştirakçıları məlumatlandırıb, onların üzərinə düşən vəzifə və öhdəlikləri diqqətə çatdırıb. Birliyin sədri həmçinin ölkədə həyata keçirilən islahatlara dəstək olmaq, təkan vermək və bunu davam etdirmək hər bir azərbaycanlının, nəinki Azərbaycan gəncinin, yaşından asılı olmayaraq hər bir vətəndaşın borcu, öhdəsinə düşən vəzifəsi olduğunu qeyd edib. Layihə eksperti, Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Elbəy Fətəliyev sosial şəbəkələr və vətəndaş cəmiyyəti, sosial şəbəkələrdən istifadənin müsbət və mənfi tərəfləri, milli maraqlarımıza zidd və dini radikalizmi təbliğ edən sosial şəbəkə istifadəçilərinə qarşı mübarizə tədbirləri və s. mövzularda seminar iştirakçılarını məlumatlandırıb. Seminar iştirakçıları ilə müzakirə şəraitində keçən görüşdə iştirakçılardan Tural Nəsirov, Mirmənsum Süleymanov, Günay Əzizova, Röya Rəhimova, Azər İbişov və digərləri çıxış edərək mövzunun aktuallığını qeyd edib, gəncləri ölkəmizin milli maraqlarının qorunması, zərərli ideologiyaların təsirindən müdafiə olunmasında fəal iştiraka səsləyib. Layihənin həyata keçirilməsində məqsəd milli maraqların müdafiəsini ictimaiyyət arasında təbliğ etmək, gəncləri zərərli ideologiyaların və müxtəlif formalarda fəaliyyət göstərən radikal, ekstremist cərəyanların təsiri altına düşməkdən qorunmasına dəstək olmaq və Azərbaycan həqiqətlərinin sosial media vasitəsi ilə beynəlxalq ictimaiyyətə çatdırmaqdan ibarətdir. Qeyd edək ki, növbəti silsilə tədbirlər Lənkəran, Lerik, Cəlilabad, Salyan, Masallı, Yardımlı və Astara rayonlarında həyata keçiriləcəkdir.

loading...