“Qarabağ”ın avrokuboklarda potensial rəqibləri dəqiqləşib

“Qarabağ”ın avrokuboklarda potensial rəqibləri dəqiqləşib

Azərbaycan çempionu “Qarabağ”ın avrokubokların II təsnifat mərhələsindəki potensial rəqibləri açıqlanıb.

UEFA bu gün keçiriləcək püşkatma öncəsi komandaları qruplara bölüb.

Ağdam təmsilçisinin Albaniyanın “Partizani” klubu ilə Çempionlar Liqasının I təsnifat mərhələsində təşkil etdiyi cüt 1-ci qrupda yer alıb. Bu isə o deməkdir ki, cütün qalibi qrupun səpələnməmişlərindən biri ilə üz-üzə gələcək.

Çempionlar Liqası
II təsnifat mərhələsi
1-ci qrup, səpələnməmişlər

“Makkabi” (Təl-Əviv, İsrail)
“Linfild” (Şimali İrlandiya) – “Rusenborq” (Norveç)
“Dandalk” (İrlandiya) – “Riqa” (Latviya)
“Düdelanj” (Lüksemburq) – “Valletta” (Malta)
TNS (Uels) – ilkin mərhələnin qalibi

“Qarabağ” – “Partizani” cütü Avropa Liqasının püşkatmasında da mümkün rəqiblərini tanıyacaq. Bu cütdə uduzan komanda ikinci dərəcəli turnirdə mübarizəni davam etdirəcək. Püşk bir cütün məğlub komandasını III təsnifat mərhələsinə daşıyacaq. 

“Qarabağ” – “Partizani” cütü II təsnifat mərhələsinin püşkü zamanı 1-ci qrupda yer alıb. 

Ağdamlılar üçün 5 mümkün variant var:
BATE (Belarus) – “Pyast” (Polşa) 
“Suduva” (Litva) – “Srvena Zvezda” (Serbiya)
“Şerif” (Moldova) – “Saburtalo” (Gürcüstan)
“Dandalk” (İrlandiya) – “Riqa” (Latviya)
“Tre Penne” (San-Marino) – “Linkoln” (Cəbəllütariq)

"APA"

 

 

 

 

 

loading...