Putin Papaya film hədiyyə etdi

Putin Papaya film hədiyyə etdi

İtaliyada səfərdə olan Rusiya Prezidenti Vladimir Putin Roma Papası ilə görüşüb.

“RİA Novosti” xəbər verir ki, görüş zamanı tərəflər bir-birilərinə hədiyyələr veriblər.

V.Putin Papa Fransiskə Mikelancelonun işlərindən ibarət albom, “Müqədəss Pyotr və Pavel” ikonası, həmçinin Andrey Konçalovskinin “Günah” filminin diskini hədiyyə edib.

Papa isə prezidentə Vatikanın XVIII əsr görüntüsünü özündə əks etdirən qravür və medal təqdim edib.

Qeyd edək ki, V.Putinin hədiyyə etdiyi film İntibah dövrünün dahi rəssamlarından biri Mikelancelonun həyatından bəhs edir.

"Oxu.az"

 

 

 

 

loading...