Paytaxtda bəzi yol kəsişmələrində işıqforlar işləmir - SİYAHI

Paytaxtda bəzi yol kəsişmələrində işıqforlar işləmir - SİYAHI

Bakıda cərəyan itkisi ilə əlaqədar bəzi yol kəsişmələrində işıqforlar işləmir.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib.

Onun sözlərinə görə, sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.

Hazırda işıqforları işləməyən yol kəsişmələri aşağıdakılardır:

M.Hüseyn küç. - Ş.Şamil küç.,

Ş.İ.Xətai pros. - Əhmədbəy Ağa oğlu küç., 

Ş.İ.Xətai pros.- Ə.Dəmirçizadə küç.,

M.Hadi küç.- Sarayevo küç.(Makdonaldsın yanı),

Q.Qarayev pros. - C.Naxçivanski küç.,

Q.Qarayev pros.- A.Manafov küç.,

Babək pros.- 1-ci Köndələn.

"APA"

 

 

 

 

 

loading...