Ölkə parlamentinin spikeri ilk dəfə qadın oldu

Ölkə parlamentinin spikeri ilk dəfə qadın oldu

Müasir İndoneziyanın yaradıcılarından biri, milli qəhrəman Sukarnonun nəvəsi Puan Maharani ölkə parlamentinin ilk qadın spikeri olub.

 

Bu barədə “The Jakarta Post” qəzeti yazıb.

“Nəhayət, 74 ildən sonra, ölkə parlamentinin başçısı qadın oldu. Ümid edirəm, bu, respublikanın bir çox qadınları üçün nümunə olacaq. Özünü müxtəlif sahələrdə sınamaqdan qorxmaq lazım deyil”, - 46 yaşlı Puan deyib.

Ekspertlər hesab edir ki, o, 2024-cü ildə keçiriləcək prezident seçkilərində əsas namizədlərdən biridir.

Qeyd edək ki, Sukarno ölkəyə 1945-1967-ci illərdə rəhbərlik edib. Onun qızı Meqaviti Sukarnoputri isə ölkənin ilk qadın prezidenti olub (2001-2004).

loading...