Müalicə olunan məhkumların müalicə korpuslarından kənarda yerləşdirilməsi qadağan edilib

Müalicə olunan məhkumların müalicə korpuslarından kənarda yerləşdirilməsi qadağan edilib

Müayinə və müalicə üçün müalicə müəssisəsinə daxil olmuş məhkumların müalicə korpuslarından kənarda yerləşdirilməsi qadağan edilib.

Bu, Ədliyyə Nazirliyinin Kollegiyasının “Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.

Eyni zamanda müalicə müəssisələrində məhkumların müayinə və müalicə dövründə təsərrüfat və məişət işlərinə cəlb edilməsinə yol verilməyəcək. Müayinə və müalicəsi başa çatmış məhkumların müraciətlərinə əsasən Penitensiar xidmətin Əməliyyat-rejim idarəsi ilə razılaşdırılmaqla onlar müalicə müəssisəsində təsərrüfat və məişət xidməti işlərinə cəlb olunacaqlar.

Məhkumun stasionar şəraitdə müayinə və müalicə tədbirləri başa çatdıqdan sonra o, həkim rəyinə əsasən, müalicə müəssisəsinin müdiriyyəti tərəfindən növbəti göndərişlə cəza çəkdiyi penitensiar müəssisəyə qaytarılır.

"APA"

 

 

 

 

loading...