Məşhurların qadın haqqında dedikləri

Məşhurların qadın haqqında dedikləri

 

“Tərəddüd etmədən evlən. Əgər qarşına yaxşı qadın çıxsa, hamıdan fərqlənəcəksən, pisi çıxsa, filosof olacaqsan”.

Sokrat

 

“Qadın intuisiyası kişi əminliyindən daha dəqiqdir”.

 

***

“Kişilərin yaddaşında əbədi qalmaq üçün bəzi qadınların hansısa küçədən bir dəfə keçməsi kifayətdir”.

R.Kiplinq

 

“Əgər dünyada cəmi bir qadın qalsa belə, onlar haqqında deməyə həmişə yeni bir söz tapılacaq”.

C.Buffle

 

“Bütün Avropanı sülhə gətirmək mənim üçün bir necə qadını barışdırmaqdan daha asandır”.

XIV Lüdovik

 

“Qadınlar bizi xoşbəxt eləmək üçün bir, bədbəxt eləmək üçün min bir üsul bilirlər”.

 

***

“Qadın eyni zamanda həm alma, həm də ilandır”.

H.Heyne

 

“Yalnız sevməyi bacaran qadınlar darıxdırıcı olur. Sevməklə yanaşı, nifrət etməyi də bacaranlar daha maraqlıdır”.

 

***

“Qadınlarda qeyri-adi intuisiya olur. Onlar ən aydın görünənlərdən başqa hər şeyi sezə bilirlər”.

 

***

“Qadının nə düşündüyünü bilmək istəyirsinizsə, ona qulaq asmayın, sadəcə baxın”.

O.Uayld

 

“Tanrı qızı, kişi isə qadını yaratdı”.

B.Vervil

 

“Qadın istəyəni Tanrı da istəyir”.

Fransız məsəli

 

“Qocadan nə vaxt öləcəyini soruşmaq qadından nə vaxt doğulduğunu soruşmaqdan daha asandır”.

J.Labrüyer

 

“Deyirlər, Fransada qadınların kosmetikaya xərclədiyi dövlətin orduya xərclədiyindən daha çoxdur. Əslində, qadınların qələbəsi də daha çoxdur”.

Y.İpoxorskaya

 

“Qadınlar haqqında pis fikirdə olan kişilər, adətən, onlardan birini nəzərdə tutur”.

R.Qurmon

 

“Yazıçıların əksəriyyəti kişi olduğundan dünyadakı bütün günahlar qadınların ayağına yazılıb”.

S.Conson

 

“Qadın Tanrının ikinci səhvidir”.

F.Nitsşe

 

“Özünü kişi kimi aparmaq indiki qadınlar üçün elə də çətin deyil, amma özünü centlmensayağı aparmağı çox az qadın bacarır”.

K.Makenzi

 

“Qadına hərdən hökm etmək üçün gərək həmişə itaətində durasan”.

V.Hüqo

 

“Hər şey insanın, insan isə qadının əlindədir”.

A.Fürstenberq

 

“Qadının həyatında üç dövr olur: 1. Yaşını deməkdən qorxmur. 2. Yaşını deməyə qorxur. 3. Yaş özü hər şeyi deyir”.

L.Kumor

 

“Kişi qadının ayaqlarını dəyərləndirir və qarşısında diz çökür. Qadın isə kişinin başını dəyərləndirir və ora girməyə can atır”.

S.Vrublyovski

 

“Qadın həyatı elə də asan deyil, ən azı ona görə ki, o hər an kişiylə üz-üzə gəlməlidir”.

C.Konrad

loading...