Əli Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib

Əli Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib

Prezident İlham Əliyev Əli Nağıyevin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Əli Nağı oğlu Nağıyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilsin".

"APA"

 

 

 

 

 

 

loading...