İyulda ikinci Günəş tutulması olacaq

İyulda ikinci Günəş tutulması olacaq

Gələn ay 2019-cu ilin ikinci Günəş tutulması baş verəcək.

AMEA Şamaxı Astrofizika Rəsədxanası Günəş tutulmasının (tam tutulma) iyulun 2-3-nə təsadüf edəcəyini bildirir.

Təbiət hadisəsi Bakı vaxtı ilə saat 20:55-də başlayacaq və 01:50-də başa çatacaq.

Günəş tutulması Sakit Okeanın cənub hissəsi, Cənubi Amerika, Çili, Argentina və Sakit okeanın cənubundan aydın görünəcək.

"Axsam.az"

loading...