Hacıqabulda baş verən qəzada ölən və yaralanan şəxslərdən bəzilərinin adları açıqlanıb - YENİLƏNİB

Hacıqabulda baş verən qəzada ölən və yaralanan şəxslərdən bəzilərinin adları açıqlanıb - YENİLƏNİB

Hacıqabulda baş verən ağır yol qəzasında ölən və yaralananlardan bəzilərinin adları açıqlanıb.

Kanal15.az-ın ONA-nın yerli bürosuna istinadən xəbərinə görə, hadisə zamanı yaralanan şəxslərdən 3-ü bir ailənin üzvləridir (Ucar sakinləri Şirəliyeva Elnarə Sərxan qızı (1968-ci il təvəllüdlü), onun övladları Şirəliyev Yusif Fikrət oğlu (13 yaş), Şirəliyev Nicat Fikrət oğlu (11 yaş). 

Qəza zamanı ölən şəxslərin hər ikisi kişidir. Onlardan birinin şəxsiyyəti müəyyənləşib. Bu, Yevlax sakini 1968-ci il təvəllüdlü Qasımov İsmət Vəliyəddin oğludur.

***

09:10

Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Kanal.5.az-ın ONA-nın Mil-Muğan bürosuna istinadən məlumatına görə, hadisə Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində qeydə alınıb.

Bildirilir ki, "Mercedes Vito" markalı mikroavtobus "KaMAZ" markalı yük maşınına dəyərək aşıb. Nəticədə iki nəfər hadisə yerində dünyasını dəyişib, daha 4 nəfər xəsarət alıb. Onlardan ikisi azyaşlıdır.

Yol qəzasının təfərrüatlarını Baş DYP İdarəsinin istintaqçıları araşdırır.

loading...