Energetika Nazirliyi: Azərbaycan mayda neft hasilatı ilə bağlı öhdəliyini tam yerinə yetirib

Energetika Nazirliyi: Azərbaycan mayda neft hasilatı ilə bağlı öhdəliyini tam yerinə yetirib

Azərbaycanda may ayı üzrə gündəlik neft hasilatı 776 min barel olub ki, bunun da 699 min barelini xam neft, 77 min barelini isə kondensat təşkil edib.

Energetika Nazirliyindən verilən məlumata görə, gündəlik 494 min barel xam neft, 75 min barel kondensat, 14 min barel isə neft məhsulları ixrac edilib.

Gündəlik neft hasilatının 776 min barel həcmində saxlanmasına dair razılaşma müqabilində Azərbaycan hasilatı sutkada 20 min barel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib.

Qeyd edək ki, cari ilin yanvar-may aylarında orta gündəlik neft hasilatı 771,2 min barel təşkil edib.

Energetika Nazirliyi mart ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

2018-ci ilin dekabrın 7-də Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 mln. barel azaldılması ilə bağlı razılıq əldə olunub. "Əməkdaşlıq Bəyannaməsi"nin icrası 2019-cu ilin birinci yarısı üçün nəzərdə tutulub.

"APA"

loading...