DİQQƏT! Bu yolda hərəkət məhdudlaşdırılacaq

DİQQƏT! Bu yolda hərəkət məhdudlaşdırılacaq

Binəqədi şossesində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu axşam 22:00-dan səhər saatlarına kimi Binəqədi şossesində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

loading...