Cəlilabadda toyda kütləvi dava olub, iki nəfər bıçaqlanıb

Cəlilabadda toyda kütləvi dava olub, iki nəfər bıçaqlanıb

Cəlilabad rayonunda toyda baş verən kütləvi dava nəticəsində xəsarət alanların adları məlum olub

Hadisə rayonun Göytəpə şəhərindəki "Yamal" şadlıq sarayında olub.

Belə ki, 10-dan çox toy iştirakçısı arasında mübahisə yaranıb. Sonda mübahisə davaya çevrilib. Kütləvi dava nəticəsində bir nəfər başından, daha bir nəfər isə əl nahiyəsindən bıçaqlanıb.

Bunlar - 1994-cü il təvəllüdü Emin Əşrəfov baş nahiyəsindən, 1996-cı il təvəllüdlü Anar Əsgərov isə əl nahiyəsindən bıçaqlanıb

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır

loading...