Cəlilabadda minik avtomobili aşıb, iki nəfər xəsarət alıb

Cəlilabadda minik avtomobili aşıb, iki nəfər xəsarət alıb

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, idarəetmədən çıxan minik avtomobili aşıb. Nəticədə avtomobilin içərisində olan Cəlilabad rayon sakini, 1976-cı il təvəllüdlü Həsənov Adil Vəli oğlu və rayonun Suluçeşmə kənd sakini, 1972-ci il təvəllüdlü Quliyev Mehman Tehranxan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hər iki şəxsə ilkin tibbi yardım göstərilib. Hazırda faktla bağlı araşdırma aparılır.

loading...