Cəlilabadda iki minik avtomobili toqquşub - FOTO

Cəlilabadda iki minik avtomobili toqquşub - FOTO

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

Kanal15.az APA-nın cənub bürosunun verdiyi məlumata istinadən xəbər verir ki, qəza Ələt-Astara yolunun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb. 

Rayon sakini Rauf İmanovun idarə etdiyi "VAZ 2106" markalı avtomobil qarşı tərəfdən gələn "Ford" markalı nəqliyyat vasitəsi ilə toqquşub, sonra isə yol kənarındakı elektrik dirəyini aşırıb. 

Sürücülər qəza nəticəsində yüngül xəsarət alsalar da, avtomobillərə ciddi ziyan dəyib. 

Faktla bağlı araşdırma aparılır.

 

 

loading...