Cəlilabadda daş dövrünə aid əmək aləti tapılıb - FOTO

Cəlilabadda daş dövrünə aid əmək aləti tapılıb - FOTO

Cəlilabad rayonunun Şatırlı kəndində daş dövrünə aid əmək aləti tapılıb.

Kanal15.az "Report"a istinadən xəbər verir ki, aləti təsərrüfat işləri zamanı kənd sakini Surxay Salayev aşkarlayıb.

Yerli tarixçi Elşad Əmənovun verdiyi məlumata görə, tapıntı, təxminən, daş dövrünə aiddir və öyrənilməsinə ehtiyac var. Həmçinin o qeyd edib ki, bu alətdən dən, quru otların üyüdülməsi (ovulması) zamanı və dərman bitkilərinin hazırlanmasında istifadə edilib.

Tapılmış tarixi nümunələr Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyinə təhvil veriləcək.

loading...