Cəlilabadda “Beynəlxalq Sülh Günü” ilə əlaqədar birgə tədbir keçirilib - FOTO

Cəlilabadda “Beynəlxalq Sülh Günü” ilə əlaqədar birgə tədbir keçirilib - FOTO

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın təşəbbüsü ilə hər il avqustun 21-dən sentyabrın 21-dək ölkəmizdə Sülh aylığı keçirilir.

Kanal15.az xəbər verir ki, Beynəlxalq Sülh Günü ilə əlaqədar Cəlilabad rayon Gənclər və İdman İdarəsi, Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə Nümayəndəliyi və Ombudsmanın Cəlilabad Regional Mərkəzinin təşkilatçılığı, Cəlilabad rayon Təhsil Şöbəsinin dəstəyi ilə 24.09.2019-cu il tarixində Cəlilabad rayon Heydər Əliyev Mərkəzində “Dayanıqlı sülh insan hüquqlarının səmərəli təmini vasitəsi kimi” mövzusunda tədbir keçirmişdir.


Keçirilən tədbirdə Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin direktoru Ofelya Qəhrəmanova, Cəlilabad rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Z.İsmayılov, Cəlilabad rayon Təhsil Şöbəsinin əməkdaşı Atamalı Əliyev və Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə Nümayəndəsi Elnur Atakişiyev çıxış edərək, 1981-ci ildən BMT-nin qərarına əsasən 21 sentyabr tarixinin bütün dünya ölkələrində Beynəlxalq Sülh Günü kimi qeyd olunmasını, bu günün keçirilməsinin mahiyyəti, sülh dialoqu, sülh mədəniyyəti, münaqişələrin həllinə və sülh prosesinə dəstək verilməsi, Dövlətimizin sülhsevər siyasəti, 1994-cü ildə Ulu Öndərimiz tərəfindən atəşkəs sazişinin imzalanması, əzəli torpaqlarımızın məhz sülh yolu ilə qaytarılmasına səy göstərilməsi, cənab Prezidentimizin bu məsələdə yürütdüyü siyasət, atəşkəs rejiminə baxmayaraq, erməni hərbi birləşmələrinin mütəmadi olaraq, bu sazişin şərtlərini pozması, kütləvi yanğınlar törətməklə, sərhədyanı kəndlərə müxtəlif silahlardan atəş açmaqla mülki əhaliyə ziyan vurması, o cümlədən dinc əhalini girov götürməsi insanların həyatına təhlükə yaratması, onların yaşamaq, sərbəst hərəkət etmək və digər hüquqlarını pozması, bütün bunların mülki əhalinin, uşaqların, qadınların, ahılların, əlillərin hərbi münaqişələr zamanı insan hüquqlarının qorunmasına aid beynəlxalq sənədlərin, o cümlədən BMT-nin 14 dekabr 1974-cü il tarixli "Qadın və uşaqların fövqəladə hallarda, silahlı münaqişələr dövründə müdafiəsi haqqında Bəyannamə"sinin, “Silahlı münaqişələr (müharibələr) dövründə mülki əhalinin müdafiəsi haqqında” 1899 və 1907-ci illər Haaqa Konvensiyalarının, “Müharibə qurbanlarının müdafiəsi haqqında” Cenevrə Konvensiyası (1949) və onun I və II Əlavə protokollarının (1977), habelə Uşaq Hüquqları Konvensiyasının (1989) müddəalarının ciddi şəkildə pozulması ilə nəticələnməsi, bu kimi halların davam etməsi, çoxsaylı cəzasızlıq presedentləri yaratması, BMT Təhlükəsizlik Şurasının 1993-cü il 822, 853, 874 və 884 saylı qətnamələrinin, Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağla bağlı münaqişənin həll edilməsi, regionda sülh və təhlükəsizliyə təhlükə yaradan bütün hərbi əməliyyatların, düşmənçilik aktlarının dərhal dayandırılmasını, atəşkəsin təmin edilməsini, bütün erməni hərbi qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılmasını nəzərdə tutan BMT Baş Məclisi tərəfindən qəbul edilmiş 14 mart 2008-ci il tarixli qətnamənin tələblərinin yerinə yetirilməməsi, Sülhə və təhlükəsizliyə saymazyana münasibət bəslənilməsi, işğal altında olan torpaqlarımızda mövcud mədəni irsimizin mənimsənilməsi, nadir tarixi abidələrimiz amansızcasına dağıdılması, bütün bunlar dünyada sülhün bərqərar olmasına mənfi təsir göstərməsini diqqətə çatdırmışlar.

Cəlilabad Rayon Gənclər və İdman idarəsi adlı şəxsin şəkli.

loading...