Cəlilabada ziyarətgaha gedən Masallı sakinləri qəzaya düşüb 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb - Video

Cəlilabada ziyarətgaha gedən Masallı sakinləri qəzaya düşüb 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb - Video

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

Kanal15.az xəbər verir ki, hadisə 29 sentyabr da səhər saatlarında rayonun Dələli kəndində baş verib. 

Rayonun kəndlərindən birinə ziyarətgaha gedən ailə üzvləri qəzaya düşüb. Belə ki, 1955 ci təvəllüdlü Dadaşov Şikar Əli oğlunun  idarə etdiyi 10 MK 791 nomrə nişanlı Mersedes E markalı avtomobil aşıb.

Nəticədə maşında olan Əlibəyli Emin hadisə yerində ölüb. 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanlardan 1955 ci il təvəllüdlü Dadaşov Şikar Əli oğlunun vəziyyəti ağır olduğundan Bakıya xəstəxanaya aparılıb.

Dadaşova Xatirə Əyyub qızı(1961), Dadaşova Xəyalə Şikar qızı(1984), Əlibəyli Elmin Emin oğlu(2006)  Cəlilabad rayon MX- na yerləşdiriliblər.

Qeyd edək ki, ölən və yaralananlar Masalli rayon sakinləridir.

loading...