Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək - AFİŞA

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək - AFİŞA

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək.

İlk oyun günündə 4 qrupda 8 qarşılaşma keçiriləcək. Turnirin son qalibi İngiltərə "Liverpul"u İtaliyada "Napoli" ilə üz-üzə gələcək. Qrupun digər matçında Avstriyanın "Zaltsburq" kollektivi Belçika "Genk"ini qəbul edəcək.

Günün digər maraqlı qarşılaşması F qrupunda baş tutacaq. İspaniya "Barselona"sı Almaniyada "Borussiya"nın (Dortmund) qonağı olacaq. İtaliya "İnter"i isə Çexiyanın paytaxtı Praqada "Slaviya" ilə üz-üzə gələcək.

G qrupunda "Lion" (Fransa) - "Zenit" (Rusiya) və "Benfika" (Portuqaliya) - "Leyptsiq" (Almaniya) görüşləri baş tutacaq.

Nəhayət, H qrupunda Avropa Liqasının qalibi "Çelsi" (İngiltərə) "Valensiya"nı (İspaniya), "Ayaks" (Hollandiya) isə "Lill"i (Fransa) qəbul edəcək.

 

Çempionlar Liqası

Qrup mərhələsi, I tur

E qrupu

23:00. "Napoli" (İtaliya) - "Liverpul" (İngiltərə)

23:00. "Zaltsburq" (Avstriya) - "Genk" (Belçika)

F qrupu

20:55. "İnter" (İtaliya) - Slaviya" (Praqa, Çexiya)

23:00. "Borussiya" (Dortmund, Almaniya) - "Barselona" (İspaniya)

G qrupu

20:55. "Lion" (Fransa) - "Zenit" (Rusiya)

23:00. "Benfika" (Portuqaliya) - "Leyptsiq" (Almaniya)

H qrupu

23:00. "Ayaks" (Hollandiya) - "Lill" (Fransa)

23:00. "Çelsi" (İngiltərə) - "Valensiya" (İspaniya)

loading...