Bu axşam Günəş tutulması müşahidə olunacaq

Bu axşam Günəş tutulması müşahidə olunacaq

Bu gün cari ilin ikinci Günəş tutulması (tam tutulma) hadisəsi baş verəcək.

AMEA Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, bu təbiət hadisəsi bu gün yerli vaxtla saat 20:55-də başlayacaq və 3 iyul 01:50-də başa çatacaq.

Bildirilir ki, Günəş tutulması Yerin cənub yarımkürəsində - Çili, Argentina və Sakit okeanın cənubunda daha aydın görünəcək.

Qeyd edək ki, növbəti tutulma dekabrın 26-na təsadüf edəcək.

 

 

loading...