Bakıda Qazaxıstan orkestrinin simfonik konserti keçirilib

Bakıda Qazaxıstan orkestrinin simfonik konserti keçirilib

Bakıda Qərbi Qazaxıstan Vilayəti Estrada-Simfonik Orkestrinin görkəmli qazax dirijoru Qanat Əhmətovun rəhbərliyi ilə konserti keçirilib.

Azərbaycan, Qazaxıstan, Türkiyə, Qırğız Respublikası, Özbəkistan solistlərinin iştirakı ilə keçirilən konsertdə xalq nəğmələri, habelə Qurmanqazı, Muratbek Bəyəliyev, Polad Bülbüloğlu, Müslüm Maqomayev, Musa Bayjanulı, Seidulla Bayterekov kimi keçmişin və bu günün görkəmli bəstəkarlarının əsərləri səsləndirilib.

Hökumət üzvləri, millət vəkilləri, xarici diplomatik korpus nümayəndələri, ziyalılar, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi konsert Mədəniyyət Nazirliyinin dəstəyi, TÜRKSOY və Qazaxıstan səfirliyinin təşkilatçılığı ilə keçirilib.

"Report"

 

 

 

loading...