Azərbaycanla İsveçrənin əməkdaşlığına həsr olunan konsert keçiriləcək

Azərbaycanla İsveçrənin əməkdaşlığına həsr olunan konsert keçiriləcək

Bakıda və Qəbələdə Azərbaycanla İsveçrə arasındakı texniki əməkdaşlığın 20 illiyinə həsr olunan konsertlər keçiriləcək.

İyulun 6-da saat 19-da Bakı Musiqi Akademiyasında, ayın 8-də isə saat 19-da Qəbələ Mədəniyyət Mərkəzində İsveçrənin “İl mosaico” gənclər orkestri və violonçel ustası Orxan Hüseynov çıxış edəcəklər.

Girişin sərbəst olduğu hər iki tədbir İsveçrənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçiriləcək.

"Report"

 

 

 

loading...