Azərbaycandakı banklar tərəfindən verilmiş ipoteka kreditlərinin həcmi 12% azalıb

Azərbaycandakı banklar tərəfindən verilmiş ipoteka kreditlərinin həcmi 12% azalıb

Bu ilin iyunun 1-nə Azərbaycandakı banklar tərəfindən verilmiş ipoteka kreditlərinin həcmi 20,2 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,2% azdır. Bu barədə  Azərbaycan Mərkəzi Bankı (AMB) xəbər verir.

Statistikaya əsasən, banklar tərəfindən verilmiş ipoteka kreditlərinin həcmi aprel ayı ilə müqayisədə mayda 3,3% azalıb, cari ilin əvvəli ilə müqayisədə isə 55,4% artıb.

"APA"

 

 

 

loading...