Azərbaycan voleybol yığması Kameruna qalib gəlib

Azərbaycan voleybol yığması Kameruna qalib gəlib

Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi 2020-ci il Tokio Yay Olimpiya Oyunlarının Təsnifat Turnirində son oyununu keçirib.

"Report"un məlumatına görə, Covanni Kapraranın baş məşqçi olduğu kollektiv D qrupunda III tur qarşılaşmasında Kamerunu sınağa çəkib. Görüş millinin 3:0 (25:17, 25:14, 25:20) hesablı qələbəsi ilə yekunlaşıb. 

Kollektivdə Yelizaveta Səmədova ən çox - 13 xal toplayıb. Lakin daha öncədən hər iki komanda lisenziya şansını itirdiyi üçün bu oyun formal xarakter daşıyıb.

İlk turda Dominikan Respublikasına 0:3, ardından Braziliyaya 2:3 hesabı ilə uduzan Kapraranın komandası son turdakı qələbədən sonra xallarını 4-ə çatdırıb və qrupda 3-cü yeri tutub. 

Olimpiadaya vəsiqəni isə təşkilatçı Braziliya yığması qazanıb. "Sambaçılar" son turda Dominikan Respublikası üzərində 3:2 (25:22, 25:19, 23:25, 18:25, 15:10) hesablı qələbə sayəsində 7 xalla qrup birincisi olub. Eyni xala malik mərkəzi amerikalılar 2-ci yerlə kifayətlənib. Xalı olmayan Kamerun isə qrupda sonuncu yeri tutub.

loading...