Azərbaycan millisi gəncləri darmadağın edib

Azərbaycan millisi gəncləri darmadağın edib

Avropa çempionatının seçmə mərhələsinin oyunlarına hazırlaşan Azərbaycanın əsas və U-21 milli komandaları arasında yoxlama oyunu keçirilib.

Qarşılaşma “Dalğa Arena”da baş tutub.

Etibar Həsənovun baş hakimi olduğu görüşün taleyi ikinci hissədə həll olunub. İlk yarısı qolsuz başa çatan görüşdə hesabı Dmitri Nazarov açıb. O, 61-ci dəqiqədə təyin olunan penaltini dəqiq yerinə yetirib. Matçın sonrarında Ağabala Ramazanovla Araz Abdullayev də gənclərin qapısına yol tapıb. Ramazanov da 11 metrlik nöqtədən qol sevinci yaşayıb. Beləliklə, əsas yığma rəqibini 3:0 hesabı ilə darmadağın edib.

Qeyd edək ki, əsas yığmamız iyunun 8-də Macarıstan, 11-də Slovakiya, U-21 isə ayın 6-da Lixtenşteynlə seçmə oyunu keçirəcək.

"ONA"

loading...