Avstraliyada diri kərtənkələ yeyən kişi 10 gün sonra öldü

Avstraliyada diri kərtənkələ yeyən kişi 10 gün sonra öldü

Avstraliyada 34 yaşlı kişi diri kərtənkələ yedikdən 10 gün sonra ölüb.

“Brisbanetimes” xəbər verir ki, dostları ilə mərc gələn Brisben sakini David Douell hadisədən bir neçə gün sonra orqanizmində narahatlıq hiss edib.

Qusma və ishal şikayətləri ilə xəstəxanaya yerləşdirilən D.Douellə ağır bağırsaq infeksiyası diaqnozu qoyulub.

Bir müddət sonra bədəni şişməyə başlayan zərərçəkmişin ağ ciyərlərinə də su yığılıb.

Dəhşətli ağrılar içində əziyyət çəkən Douell əməliyyat zamanı ölüb.

Mərhumun yaxınları onun yediyi hansısa qidadan zəhərləndiyini güman etsələr də, sonradan dostları əsl həqiqəti söyləyiblər. Həkimlər isə kərtənkələdən vücuda infeksiya keçmək ehtimalını doğrulayıblar.

Douellin ailəsi isə onun ölümündə həkimləri günahlandırıb.

 

 

 

 

 

loading...