Angela Merkelin səhhətinə görə vəzifəsindən kənarlaşdırılması ehtimalı istisna edilib

Angela Merkelin səhhətinə görə vəzifəsindən kənarlaşdırılması ehtimalı istisna edilib

Almaniya kansleri Angela Merkel səhhətində yaranmış problemlər səbəbindən öz postunu tərk etməyəcək.

 “Reuters" xəbər verir ki, bu fikirləri Almaniya federal kanslerinin şöbə rəhbəri Helqe Braun səsləndirib.

O bildirib ki, Merkel hazırda özünü çox yaxşı hiss edir və onun səhhəti üçün təhlükəli heç bir risk yoxdur. Buna görə də kansler öz səlahiyyətləri müddəti bitənədək, yəni 2021-ci ilə qədər vəzifəsinin başında olacaq.

“Biz bu müddəti başa vurmalıyıq”, - Braun belə deyib.

Qeyd edək ki, bundan əvvəl həkimlər A.Merkelin bədənində yaranmış titrəyişi alkoqolizmlə əlaqələndiriblər.

"APA"
 

 

 

 

loading...